Modern.az

Tağı Əhmədov metroda Quran və təsbeh satmağı qadağan etdi

Tağı Əhmədov metroda Quran və təsbeh satmağı qadağan etdi

7 Aprel 2012, 10:20

Metropolitendəki ticarət obyektlərinə bu barədə rəsmi göstəriş verilib

Bakı Metropolitenin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə dair atributların satışına qadağa qoyulub. Modern.az saytı xəbər verir ki, artıq bir neçə  gündür  Bakı Metropolitenin stansiyalarının ərazisindəki ticarət obyektlərində İslami atributların satışına icazə verilmir. Metro stansiyalarındakı ticarət obyektlərinin birində belə məhsullar satan satıcılar bildiriblər  ki, bir neçə gün bundan əvvəl bu obyektlərə nəzarət edən vəzifəli şəxs onlara   dükanda satışda olan bütün  dini motivli malları yığışdırmağı tapşırıb. Əks təqdirdə ticarət yerinin bağlanacağı ilə hədələyiblər.

“Biz ondan səbəbini soruşdanda dedi ki, “yuxarılar” belə göstəriş verib. Hicab, təsbeh, qiblənamə, namaz təqvimi, Allah və Mühəmməd (ə) yazılan boşqablar,  çərçivələr ümumiyyətlə İslam atributunu əks etdirən nə varsa, hər şey yığışdırılmalıdır”-deyə adının çəkilməsini istəməyən satıcılar deyiblər.

Məlumatı Bakı Metropoliteninin rəhbərliyi ilə dəqiqləşdirmək cəhdimiz baş tutmadı. Mövzunu diqqətdə saxlayacağıq

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir