Modern.az

111 ildir ki yanır...

111 ildir ki yanır...

7 Aprel 2012, 11:52

ABŞ-ın Kaliforniya ştatında Livermore qəsəbəsində bir xilasetmə məntəqəsində qurulan elektrik lampası 111 ildir yanır. 1901-ci ildə bir iş adamı tərəfindən məntəqəyə bağışlanan lampa o dövrdən yanmağa davam edir.

Qəsəbənin elektriki Lynn Owens lampanın bu qədər uzun zamandır yanmasının elm adamlarını çaşdırdığını bildirib. 4 vattlıq lampanın necə bunu bacardığı hələ də sirr olaraq qalır. Ancaq lampanı hazırlayan adam Edisonun rəqibi Adolf Çailetdir. Çailet Edisondan daha yaxşı lampa hazırlamaq iddiasında olan adamdır. Çailetin bu rəqabət sayəsində belə uzunömrlü lampa hazırladığı təxmin edilir. Livermore qəsəbəsinə minlərlə turist gəlməsini də təmin edən lampa 111 “yaşında”.
Guinessin Rekordlar Kitabına düşməyə də nail olub.  

Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub