Modern.az

“Azərsu”-dan iməcilik – FOTO

“Azərsu”-dan iməcilik – FOTO

7 Aprel 2012, 13:12

“Azərsu” Acıq Səhmdar Cəmiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılması və abadlıq işlərinə xüsusi diqqət yetirir.  
Aprelin 7-də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklər keçirilib. İməcilikdə Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib.  Ağacəkmə kampaniyasında  2 mindən çox zeytun, şam və digər növ ağac əkilib, mərkəzi su anbarlarının, idarə və müəssisələrin ərazisində abadlıq işləri aparılıb. Eyni zamanda mövcud ağaclara qulluq göstərilib.

“Yaz mövsümü ilə əlaqədar “Azərsu” ASC-nin istehsalat sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri davam etdiriləcək. Bu məqsədlə aprel ayının qarşıdakı şənbə günlərində də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklərin keçirilməsi nəzərdə tutulur”-deyə “Azərsu”dan Modern.az-a bildirilib.




Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi