Modern.az

Ramil Səfərov bayramda ailəsinə zəng edib

Ramil Səfərov bayramda ailəsinə zəng edib

5 Yanvar 2010, 12:34

Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərov Yeni il bayramında ailəsinə zəng edib. Atası Sahib Səfərov Modern.az-a bildirib ki, oğlu ilə mütəmadi əlaqə saxlayır, vəziyyəti yaxşıdır: “Yeni il bayramında Ramil bizə zəng edib təbriklərini çatdırdı. Səhhətinin normal olduğunu, heç bir şikayətinin olmadığını dedi”. Sahib Səfərov deyib ki, Ramilin bəzi dost-tanışları da onları yada salır: “Hamısına minnətdaram, bizi yaddan çıxarmırlar. Həmişə diqqətdə saxlayıblar”. Qeyd edək ki, R.Səfərovun anası Nübar Səfərova ötən ilin oktyabrında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir