Modern.az

Azərbaycanda fərdi hesabı olanların 56,1 faizi kişi, 43,9 faizi qadındır

Azərbaycanda fərdi hesabı olanların 56,1 faizi kişi, 43,9 faizi qadındır

Aktual

9 Aprel 2012, 11:31

Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə tədbirlər davam etdirilməkdədir. Bu tədbirlər nəticəsində cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 12 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.  2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı 1 978 890 nəfərə catıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,5 faiz, 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz, 50-60 yaşa kimi sığortaolunanlar 20,3 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,1 faiz təşkil edir.        

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir