Modern.az

Türkiyə Ərdoğanın sözlərinə görə İrandan üzr istəyib

Türkiyə Ərdoğanın sözlərinə görə İrandan üzr istəyib

Dünya

9 Aprel 2012, 14:05

Türkiyə xarici işlər naziri İran Milli Təhlükəsizlik Şurasının rəsmilərinə zəng edərək ölkəsinin  rəhbərlərinin İranla bağlı son sərt bəyanatlarına görə üzr istəyib. Modern.az bildirir ki, bu barədə Fars agentliyi “Arabi Press” qəzetinə istinadən  məlumat yayıb. 

        Məlumatda deyilir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İran Milli Təhlükəslik Şurasındakı səlahiyyətlilərlə söhbətində baş nazir R.T.Ərdoğanın son vaxt İrana qarşı sərt ifadələr işlətdiyinə görə üzr istəyib.       İrandakı bəzi mənbələrə əsaslanan “Arabi Press” həmçinin Tehranın İranla “ 5+1” qrupu ilə görüşünün  Bağdadda keçirilməsi ilə bağlı fikrinə münasibət bildirib. Təklifi dəstəkləyən Davudoğlu bir daha iranlı rəsmiləri müzakirə yeri kimi İstanbulu seçməyə çağırıb.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!