Modern.az

Rusiyanın Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilib

Rusiyanın Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilib

Aktual

9 Aprel 2012, 16:32

Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

Tədbirdə rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verib. Məlum olub ki, Sovet İttifaqı və Rusiya Federasiyasının tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı  Matvienko Valentina İvanovna 21 sentyabr 2011-ci il tarixindən Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. O, 7 aprel 1949-cu ildə anadan olub. Leninqradın Kimyəvi Əczaçılıq İnstitutunun məzunu olan  Matvienko Valentina İvanovna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyasını, eyni zamanda, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1989-cu ildə SSRİ xalq deputatı seçilib. SSRİ Ali Sovetinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri olub. 1991-1998-ci illərdə diplomatik fəaliyyət göstərib, fövqəladə və səlahiyyətli səfir dərəcəsi var.  

Rektor, Matvienko Valentina İvanovnanın 1998-2003-cu illərdə Rusiya Federasiyasının Nazirlər Şurası sədrinin müavini, 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırıb. Matvienko 2001-ci ilin sentyabrında Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri seçilib. Həmçinin MDB-yə üzv ölkələrinin Parlamentlərarası Assambleyanın Şurasının sədridir.

Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət açan Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu münasibətlərin inkişaf etməsinə mühüm töhfələr verdiyini qeyd edib və Bakı Dövlət Universitetinin Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan, İrkutsk, Kazan, Çelyabinsk, Həştərxan, Ufimsk və başqa universitetləri ilə əməkdaşlıgından danışıb.
Sonra Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, Matvienko Valentina İvanovna Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Bakı Dövlət Universitetinin  Fəxri Doktoru adına layiq görülüb. Bundan sonra Matvienko Valentina İvanovnaya fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub. Matvienko Valentina İvanovna BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu qeyd edərək bunu, ölkələrimizin elm və təhsil sahəsindəki əməkdaşlığa böyük önəm verdiyinin simvolu kimi qiymətləndirdiyini bildirib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır