Modern.az

Deputat körpüyə görə Arif Əsgərova təşəkkür edib

Deputat körpüyə görə Arif Əsgərova təşəkkür edib

9 Aprel 2012, 17:14

İmişlinin dəmiryolu vağzalında piyadaların keçidi üçün nəzərdə tutulmuş körpünün yararsız olması ilə bağlı 80 saylı İmişli-Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadənin  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova etdiyi müraciət öz müsbət nəticəsini verib. Deputatın mətbuat xidmətindən verilən məlumata görə həmin körpü həqiqətən uzun müddət piyadaların həyatı üçün təhlükə olub.

Seçicilər tərəfindən qaldırılan bu problemlə bağlı Ç.Qənizadə “Azərbaycan Dəmir Yolları” QSC-ə müraciət edib.

Qurumun rəhbəri Arif Əsgərov İmişlinin Dəmiryolu vağzalındakı körpünün tikinti-bərpa işlərinə dərhal göstəriş verib. Artıq rayonun Dəmiryolu İdarəsinin xüsusi tikinti briqadası 3 gündür ki, İmişlidədir.

Mətbuat xidmətindən onu da bildirdilər ki, körpü məsələsinə görə Çingiz Qənizadə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova  təşəkkürünü bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir