Modern.az

Hansı deputatlar indiyədək qanun layihəsi hazırlayıb?

Hansı deputatlar indiyədək qanun layihəsi hazırlayıb?

Parlament

5 Yanvar 2010, 14:15

Hazırda Milli Məclisin üzvü olan bəzi deputatlar 2005-ci ildən  indiyədək ötən fəaliyyət dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edib, fərdi şəkildə qanun layihələri hazırlayıblar. Modern.az saytı Milli Məclisdən fərdi şəkildə qanun layihələri hazırlayan deputatların siyahısını öyrənib. Eyni zamanda həmin millət vəkillərinin hazırladıqları bəzi sənədlərin adlarını da dəqiqləşdirə bilib.

Millət vəkili Mehrıiban Əliyeva amnistiya ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Sənəd Milli Məclisdə yekdilliklə dəstəklənib.

Deputat Musa Quliyev saytımıza bildirib ki, III çağırış Milli Məclisdə bir sıra qanunlar hazırlayıb və onlar parlamentdə dəstəklənib. M.Quliyev “Qan və qan kompenentlərinin donorluğu haqqında”, “Dərman vasitələri haqqında”, “HİV-in qarşısının alınması haqqında”, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihələrilə çıxış etdiyini diqqətə çatdırıb.

Musa Quliyev “Qan və qan kompenentlərinin donorluğu haqqında”, “Dərman vasitələri haqqında” və “HİV-in qarşısının alınması haqqında” qanun layihələrinin artıq təsdiləndiyini, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin isə parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağını deyib.

Zahid Oruc “Xocalı soyqırımı haqqında”, “Lobbiçilik fəaliyyəti haqqında”, “Siyasi fəaliyyət haqqında” qanun layihələri hazırladığını qeyd edib. Vahid Əhmədov “Əmanətlərin qaytarılması haqqında”, “Təhsilin kreditləşməsi haqqında” qanun layihələrilə çıxış edib.

Pənah Hüseyn 2005-ci ildən bəri 11 qanun layihəsi hazırladığını bildirb. O, hazırladığı sənədlərə misal olaraq “Seçki Məcəlləsi”, “Nef-qaz haqqında”, “1 May haqqında” qanun layihələrinin adını çəkib. Amma parlament Pənah Hüseynin hazırladığı layihələrdən heç birini dəstəkləməyib. Deputat saytımıza deyib ki, 11 qanun layihəsi  hazırlasa da, onlardan yalnız üçü, “Seçki Məcəlləsi”, “Nef-qaz haqqında” və “1 May haqqında” qanun layihələri müzakirə olunub. Ancaq heç bir layihə təsdiqlənməyib. Elmira Axundova “Gənc ailələrin sosial müdafiəsi haqqında”, Azay Quılyev “Könüllülük fəaliyyəti haqqında” qanun layihələri hazırlayıblar. Əkrəm Abdullayev “Gənclər siyasəti haqqında”  qanuna əlavə və dəyişiklik təklif edib, Ailə Məcəlləsinin monitorinqini aparır. Fazil Mustafa “Əvvəllər prezident seçilmiş şəxslərin hüquqlarının təminatı haqqında” Konstitusiya qanunu layihəsi, “Siyasi partiyalar haqqında”, “Hərbi münaqişə zamanı vətəndaşların icbari sığortası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında”,  “Diffomasiya haqqında” qanun layihələri  hazırlayıb.

Əli Hüseynov, Rafael Cəbrayılov, Eldar İbrahimov, Fuad Muradov, Hadi Rəcəbli, Rafael Hüseynov, Qənirə Paşyeva, Fərhad Qəribov da qanun layihələri hazırlayan deputatlar siyahısında yer alıblar.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər