Modern.az

Orta məktəblərdə sınaq imtahanlarına hazırlıq başlayıb

Orta məktəblərdə sınaq imtahanlarına hazırlıq başlayıb

5 Yanvar 2010, 14:55

Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən Modern.az-a bildirilib ki, bu il orta məktəblərdə sınaq imtahanları 28 fevral - 4 aprel aralığında keçiriləcək. Fevralın 21-də isə peşə liseylərində orta təhsil kursu üzrə yoxlama imtahanı keçiriləcək.

Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə sinif jurnallarına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Təhsil Nazirliyindən bildirilib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq. Təhsil naziri Misir Mərdanovun göstərişi ilə məktəb direktorları buraxılış sinif şagirdlərinin yoxlama imtahanlarında iştirakını təmin etməlidirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?