Modern.az

Polis Şöbəsinin rəis müavini yaralanıb

Polis Şöbəsinin rəis müavini yaralanıb

10 Aprel 2012, 11:38

Modern.az saytının verdiyi məlumata görə, bu gün səhər təlim meydançasında Ağdam rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Allahverdi Haqverdiyevin əlindəki odlu silahdan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb. Ağır yaralanan rəis müavini Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hospitala çatdırılıb və onun üzərində əməliyyat aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir