Hakerlər İspaniya hökumət başçısın saytını sıradan çıxarıb. Modern.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, hakerlər Avropa İttifaqının sədri vəzifəsini icra edən İspaniya baş nazirinin saytında onun şəklinin yerinə daha çox Mister Bin kimi tanınan İngiltərənin komik kino personajı Rouen Atkinsonun fotosunu yerləşdiriblər. The Telegraph-ın yazdığına görə, bir neçə ildir ki, İspaniyada baş nazir Xose Luis Rodriges Sapateronun məhşur Mister Binə oxşarlığı zarafat mövzusudur. France-Press-in məlumatına görə, İspaniya hökumət rəsmiləri baş nazirin saytının dağılmadığını qeyd ediblər. Mənbə baş verənləri zarafatcıl adamların işi hesab edir. Hər halda xoşagəlməz insident baş verib və bu olay sosialist siyasətçinin opponentləri tərəfindən daha da qabardılır.
Xatırladaq ki, İspaniya artıq 4-cü dəfədir ki, Avropa İttifaqına sədrlik edir. Bu missiya 2010-cu iln iyuluna qədər davam edəcək