Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqənin vaxtını uzatmayacaq

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqənin vaxtını uzatmayacaq

5 Yanvar 2010, 15:32

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən il dekabrın 8-dən elan etdiyi 2010-cu ul QHT-layihələrinin maliyyələşdirilməsilə bağlı müsabiqənin başa çatmasına 10 gün qalıb. QHT-lərə Dövlət Dəstəyi Şurasından Modern.az-a bildirilib ki, indiyədək müsabiqəyə 20-dən çox layihə çox layihə verilib. Şuradan deyiblər ki, arada olan bayram günləri nəzərə alınmadığından müsabiqənin vaxtının uzadılması gözlənilmir. Xatırladaq ki, layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilə bilər. QHT-lərə Dövlət Dəstəyi Şurası mövzuları əhatə etməyən layihələri qəbul etməyəcək. Bütün istiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir