Modern.az

Mehriban Əliyeva “Birliyin ulduzları” mükafatına layiq görülüb

Mehriban Əliyeva “Birliyin ulduzları” mükafatına layiq görülüb

Aktual

10 Aprel 2012, 14:42

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafatına layiq görülüb.
APA-nın “Oreanda” informasiya agentliyinə istinadən yaydığı məlumata görə, mükafatın təqdimetmə mərasimi aprelin 13-də, Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək.
Xatırladaq ki, bu mükafat MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. “Birliyin ulduzları” dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.
Təntənəli mərasimdə ötən il bu mükafata layiq görülmüş şəxslər, MDB ölkələrinin yaradıcı ziyalıları, MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərləri, birlik ölkələrindən nazirlik və dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı