Modern.az

Müzakirələrə səbəb olan “Siyasi partiyalar haqqında” qanun – TAM MƏTN

Müzakirələrə səbəb olan “Siyasi partiyalar haqqında” qanun – TAM MƏTN

İqtisadiyyat

10 Aprel 2012, 16:58

Modern.az saytı “Media forum”a istinadən siyasi partiyalar qanununa əlavə və dəyişikliklər layihəsini təqdim edir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Layihə)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən qərara alır:

“Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Siyasi partiya ümumi siyasi ideyaları və məqsədləri olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir”.

2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir”.

3. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz”.

4. 4-cü maddədə:

4.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir";

4.2 ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməz";

4.4. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıala dəvisdirməvə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq öhdəlikləri ilə bir araya sığmayan qanunla qadağan edilmiş digər əməllər törətməyə yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir’’.

5. 5-ci maddədə:

5.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq”;

5.2. beşinci və altıncı abzaslar yeddinci və səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

''seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürmək;

siyasi partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq”.

6. Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:

“Maddə 5-1. Siyasi partiyanın təsis edilməsi

5-1.1. Siyasi partiya təsis qurultayının keçirilməsi, həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və proqramının qəbui olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması yolu ilə təsis edilir.

5-1.2. Siyasi partiyanın təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi siyasi partiyanın təşəbbüsçülərinin yaratdığı təşkilat komitəsi tərəfindən həyata keçirilir.

5-1.3. Siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə məlumat həmin tarixdən azı bir ay əvvəl təşkilat komitəsi tərəfindən kütləvi informasiya vasitələrində dərc etdirilir.

5-1.4. Siyasi partiyanın təsis qurultayının keçirilməsi ilə təşkilat komitəsinin fəaliyyətinə xitam verilir.

5-1.5. Təşkilat komitəsinin sərəncamında olan əmlak və pul vəsaiti yaradılmış siyasi partiyanın sərəncamına keçir.

5-1.6. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur’’.

7. 6-cı maddənin ikinci hissəsində:

7.1. ikinci abzasda "adı,” sözündən sonra “adının qısaldılmış forması,” sözləri əlavə edilsin;

7.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“ərazi təşkilatları ilə qarşılıqlı münasibətləri”;

7.3. səkkizinci abzasda “səlahiyyəti və təşkili qaydası” sözləri “təşkili qaydası və səlahiyyətləri" sözləri ilə əvəz edilsin;

7.4. doqquzuncu abzasda "qərarların’' sözündən sonra o cümlədən siyasi partiyanın ləğvi barədə qərarın’’ sözləri əlavə edilsin;

7.5. on birinci-on üçüncü abzaslar on dördüncü-on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda on birinci-on üçüncü abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülməsi qaydası;

siyasi partiyanın orqanlarında iradənin ifadə olunması qaydası;

siyasi partiyanın üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət etmək qaydası;’’.

8. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Siyasi partiyanın proqramı

6-1.1. Siyasi partiya məqsəd və vəzifələrini, fəaliyyət prinsiplərini və metodlarını əks etdirən proqrama malik olmalıdır.

6-1.2. Siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir”.

9. 7-ci maddədə:

9.1. adında və birinci hissədə “Partiyanın” sözü “Siyasi partiyanın” sözləri ilə əvəz edilsin;

9.2. birinci hissədə “şəkli” sözü "forması” sözü ilə, “qeydə” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;

9.3. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyanın adına edilmiş dəyişiklik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınır”.

10. 8-ci maddədə:

10.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkiniik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.

Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz’’;

10.2. üçüncü hissədə “feldyeger rabitəsi” sözlərindən sonra “, fövqəladə hallar, miqrasiya” sözləri əlavə edilsin.

11. 9-cu maddədə:

11.1. birinci hissədə "şəxsiyyətin hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının təsdiq etdiyi beynəlxalq hüquqi aktlara” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələrə” sözləri ilə əvəz edilsin;

11.2. ikinci və üçüncü hissələr üçüncü və dördüncü hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Siyasi partiyanın üzvləri onun rəhbər orqanlarına seçilmək və seçmək, siyasi partiyanın və onun rəhbər orqanlarının fəaliyyəti haqqında məlumat almaq, siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada rəhbər orqanların qərarlarından şikayət etmək və siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdirlər”;

11.3. üçüncü hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Vətəndaşın siyasi partiyanın fəaliyyətində iştirakı, bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, onun hüquqlarının məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş vəzifələrinin icrasından imtinaya əsas ola bilməz”.

12. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 10. Siyasi partiyanın orqanları

10.1. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.

10.2. Siyasi partiyanın qurultayı siyasi partiyanın kollegial orqanlarını formalaşdırır.

10.3. Siyasi partiyanın digər rəhbər orqanları, rəhbər orqanlarının təşkili qaydaları və səlahiyyətləri siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir”.

13. 11-ci maddədə “ictimai (qeyri-hökumət) birliklərə” sözləri “qeyri-hökumət təşkilatlarına" sözləri ilə əvəz edilsin.

14. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Siyasi partiyanın hüquqları

12.1. Siyasi partiya aşağıdakı hüquqlara malikdir:

12.1.1. məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək;

12.1.2. könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq;

12.1.3. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi - referendumlarda iştirak etmək;

12.1.4. dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;

12.1.5. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək;

12.1.6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və yığıncaq keçirmək;

12.1.7. bu Qanuna uyğun olaraq ianələr qəbul etmək;

12.1.8. rəmz kimi emblemlərə, bayraqlara, vımpellərə və nişanlara malik olmaq.

12.2. Siyasi partiyanın rəmzləri bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində göstərilmiş məqsədlərin təbliğinə xidmət etməməlidir”.

15. Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Siyasi partiyanın vəzifələri

12-1.1. Siyasi partiyanın aşağıdakı vəzifələri vardır:

12-1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etmək;

12-1.1.2. hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

12-1.1.3. siyasi partiyanın hüquqi ünvanı və əlaqə telefonları dəyişdikdə, bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

12-1.1.4. dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək.

12-1.2. Siyasi partiyanın rəhbər orqaniarının qərargahı Azərbaycan Respublikasının ərazisində yerləşməlidir”.

16. 13-cü maddədə:

16.1. birinci hissədən “nizamnamə” sözü və ", bu məqsədlə dövlət mühafizə xidmətinin yaradılmasına və onun təchizatının təşkil edilməsinə” sözləri çıxarılsın.

16.2. ikinci hissə üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Dövlət bu Qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir”.

17. 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

14.1. “Siyasi partiya “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

14.2. Dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz”.

18. 15-ci maddə çıxarılsın.

19. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 16. Siyasi partiyanın ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması

16.1. Siyasi partiya siyasi partiyanın qurultayının siyasi partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir.

16.2. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.

16.3. Siyasi partiya Azərbaycan Respublikasının qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir.

16.4. Müvafiq icra hakimiyyəti orqanı siyasi partiyanın qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə aşağıdakı hallarda məhkəməyə müraciət edir:

16.4.1. siyasi partiya bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hərəkətlərə yol verdikdə;

16.4.2. bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş xəbərdarlıqda göstərilmiş hallar siyasi partiya tərəfindən aradan qaldırılmadıqda.

16.5. Siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.

16.6. Məhkəmə siyasi partiyanın ləğvi barədə iş üzrə qərar qəbul edilənə qədər müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həmin siyasi partiyanın fəaliyyətini dayandıra bilər.

16.7. Siyasi partiya ləğv edildikdə onun kreditorlarının tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ödənilir.

16.8. Ləğv edilmiş siyasi partiyanın adından çıxış etmək və ya fəaliyyət göstərmək, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etmək qadağandır".

20. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"17.1. Siyasi partiyaların fəaliyyəti bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir.

17.2. Siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:

17.2.1. bu Qanunun 17-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanları və digər dövlət qurumları;

17.2.2. bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar;

17.2.3. xarici dövlətlər və xarici hüquqi şəxslər;

17.2.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

17.2.5. yetkinlik yaşına çatmamış şəxslər;

17.2.6. soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər;

17.2.7. hərbi hissələr;

17.2.8. ictimai birliklər və fondlar, dini qurumlar;

17.2.9. hüquqi şəxslər”.

21. Aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:

“Maddə 17-1. Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması

17-1.1. Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

17-1.2. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.

17-1.4. Bu Qanunun 17-1.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 17-1.2-ci və 17-1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.

17-1.5. Siyasi partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.

17-1.6. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilir.

22. 18-ci maddədə:

22.1. maddənin adında “mədaxili və məxarici” sözləri “gəlir və xərcləri” sözləri ilə əvəz edilsin;

22.2. birinci hissənin birinci cümləsində “mədaxilidir” sözü “gəliridir" sözü ilə, ikinci cümləsində “mədaxil” sözü “gəlir” sözü ilə əvəz edilsin;

22.3. ikinci hissədə:

22.3.1. birinci abzasda “mədaxili” sözü “gəlirləri” sözü ilə əvəz edilsin;

22.3.2. səkkizinci abzas on birinci abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci-onuncu abzaslar əlavə edilsin:

“dövlət büdcəsindən ayrılan vəsait;

borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;

hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak”;

22.4. üçüncü hissədə:

22.4.1. birinci abzasda "məxaric” sözü “siyasi partiyanın xərcləri” sözləri ilə əvəz edilsin;

22.4.2. ikinci abzasda “çəkilən xərclər” sözləri “sərf olunan vəsait” sözləri ilə əvəz edilsin;

22.4.3. üçüncü abzasda “idarələrinin işinə və informasiyaya” sözləri “saxlanmasına və informasiya təminatına” sözləri ilə əvəz edilsin;

22.5. dördüncü hissə çıxarılsın.

23. 19-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“19.1. Siyasi partiyaların ianələr qəbul etmək hüququ vardır.

19.2. Siyasi partiyalar qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.

19.3. Siyasi partiyaya ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklif və ya vədə razılıq verə bilməz.

19.4. İanə edilən pul vəsaitləri siyasi partiyanın bank hesabına köçürmə yolu ilə qəbul edilir.

19.5. Naturada təqdim edilmiş ianələrin dəyəri bazar qiyməti ilə müəyyən edilir.

19.6. Siyasi partiyaların qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar maliyyə hesabatına daxil edilir”.

24. 20-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “Partiyalar” sözü ismin müvafiq hallarında “Siyasi partiyalar" sözləri ilə əvəz edilsin, dördüncü hissədə “partiyalar” sözündən əvvəl “siyasi” sözü əlavə edilsin.

25. 21-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin;

“21.1. Siyasi partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatlarını tərtib edirlər.

21.2. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

21.3. Üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı maliyyə hesabatında qeyd edilir.

21.4. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.5. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirir”.

26. Aşağıdakı məzmunda 22-ci maddə əlavə edilsin:

“Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyətə cəlb olunurlar".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir