Modern.az

Tale Heydərov ingilisi özünə müşavir təyin edib

Tale Heydərov ingilisi özünə müşavir təyin edib

10 Aprel 2012, 17:14

”Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov özünə yeni müşavir təyin edib. Modern.az klubun rəsmi saytına istinadən bildirir ki, vaxtilə İngiltərənin “Arsenal”klubunun kapitanı olmuş  məşhur futbolçu Toni Adams “Qəbələ”nin prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək. 

Qeyd edək ki, Toni Adams bir müddət öncə “Qəbələ” klubunun baş məşqçisi vəzifəsini də tutub.

Tale Heydərov həm də Avropa Azərbaycan Cəmiyyətinin sədridir. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu olan T.Heydərov iri biznes şəbəkəsinə də rəhbərlik edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi