Modern.az

İcra başçısı postuna gətirilən sabiq deputat

İcra başçısı postuna gətirilən sabiq deputat

10 Aprel 2012, 23:48

Aprelin 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Yardımlı rayonu İcra Hakimiyyətinə yeni başçı təyin olundu. Prezident sabiq deputat Sevindik Hətəmova etimad göstərərək onu Yardımlıya başçı göndərdi. Bu təyinat çoxları üçün gözlənilməz oldu.

Modern.az-ın məlumatına görə, Sevindik Hətəmov bu təyinatadək hakim Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri idi.
Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub.

Güləbird kənd orta məktəbini bitirib. Daha sonra Ç.İldırım adına Politexnik İnstitunun ( Texniki Universitet) Mexanika fakültəsinə qəbul olunub. Həmin insitutu bitirərək, təyinatla Laçın rayonuna qayıdaraq Laçın rayon Texniki Təchizat birliyində mühəndis vəzifəsində çalışmağa başlayıb.

1987-ci ildən Laçın rayon Nəqliyyat müəssisəsində istismar şöbə rəisi vəzifəsində çalışıb. 1990-cı ildən  Laçın rayon Tikinti-Quraşdırma sahəsində direktor vəzifəsində çalışıb.  1997-ci ildən Bakı şəhəri  Güzdək Tikinti materialları kombinatında direktor işləyib.

 2005-ci ildə Azərbaycan Respublikasının  Milli Məclisinə 121 saylı Laçın seçki dairəsindən  millət vəkili seçilib. 2010-cu ildə deputatlıq səlahiyyəti başa çatan S.Hətəmov ikinci dəfə millət vəkilliyinə namizədliyini irəli sürməyib.
43 yaşlı S.Hətəmov ailəlidir, iki övladı var.

Modern.az  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu