Modern.az

Rusiya desant qoşununu Azərbaycanla sərhəddə yığır

Rusiya desant qoşununu Azərbaycanla sərhəddə yığır

Aktual

11 Aprel 2012, 12:10

Elitar ordu komandanı qəribə acıqlama verib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi qarşısında öhdəliyimiz var”

Rusiya hərbi desant qoşunlarının böyük kontingentini Cənubi Qafqazda yerləşdirməyi planlaşdırır. Modern.az bildirir ki, bu barədə “Nezavisimaya Qazeta”ya müsahibəsində  Rusiya hərbi-desant qoşunalırının baş komandanı general-leytenant Vladimir Şamanov bildirib.

V.Şamanov deyib ki, bu addım Qafqazda yerləşən rus hərbi bazalarının mobil və çevikliyini gücləndirmək üçün atılır.

Qeyd edək ki, hərbi-desant qoşunu elitar hisssə hesab olunur. Bu isə onu göstərir ki, Rusya Ermənistanda yerləşən və piyada taburlardan ibarət hərbi bazasını desant qoşunlarının hesabına gücləndirməklə həssas regionda daha fəal rol oynamağa iddialı olduğunu nümayiş etdirmək  niyyətindədiir.  

Bu qərarın bütün təfərrüatlarını açmaqdan imtina edən Şamanov yalnız onu qeyd edib ki, bu addım Rusiya rəhbərliyinin ordunun qarşısına qoyduğu tapşırığı uğurla yerinə yetirmək üçün edilir.
“Bu addımı atmağı zəruri edən səbəblərdən biri də Kollektiv Təhlwkəsizlik Müqaviləsi Təşkilatna (KTMT) üzv olan ölkələr qarşısında götürülmüş “beynəlxalq öhdəliklər” olub”-deyə general vurğulayıb.

“Əzələ nümayişi” Rusiyanın  regionda özünün hərbi təsirini artırmaq niyyətini ifadə edir. Son zamanlar Cənubi Qafqazda siyasi vəziyyətin gərginliyi və iri dövlətlərin maraqlarının toqquşması get-gedə daha açıq şəkil almağa başlayır. Bu tendensiya isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ümid olunan səylərin reallaşmasına böyük şübhələr yaradır. Hər halda Ermənistanda rus hərbi bazasının elitar desant hissələri ilə gücləndirilməsi o qədər yaxşı niyyətlərdən xəbər vermir. Xüsusən rus generalının KTMT qarşısında götürdükləri öhdəlikləri xatırlatması düşündürcü məqamdır. Qeyd edək ki, bu saziş Ermənistana hucum təhlükəsi olan zaman Rusiyaya danışıqsız olaraq bölgəyə ordu yertiməyə icazə verib.

Xaqani SƏFƏROĞLU 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?