Modern.az

"Azərsu" Bakının bəzi yerlərində içməli suyu kəsib

"Azərsu" Bakının bəzi yerlərində içməli suyu kəsib

11 Aprel 2012, 12:33

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Qurumdan bildirilib ki, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində 400 metr uzunluğunda 300 mm diametrli yeni magistral və buna paralel 160 mm diametrli köməkçi su xəttinin tikintisi başa çatdırılıb. Həmin xətlərin  şəbəkəyə birləşdirilməsi ilə  əlaqədar aprelin 11-də axşam saatlarına qədər Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə (D.Əliyeva, F.Əmirov, Ü.Hacıbəyov, Z.Əliyeva, K.Səfərəliyeva, R.Zorge, Puşkin, Xaqani, Nizami küçələrinin bir hissəsinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Qeyd edək ki, yeni xətt şəbəkəyə qoşulduqdan sonra 1936-ci ildə çəkilmiş çuqun xəttin istismarı dayandırılacaq.


Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir