Modern.az

Lalə Şövkət KXCP ilə əməkdaşlıqdan rəsmən imtina edib

Lalə Şövkət KXCP ilə əməkdaşlıqdan rəsmən imtina edib

11 Aprel 2012, 13:18

Əvəz Temirxan: “KXCP ilə mövqelərmiz müxtəlif olduğundan yeni birliyin yaradılması məsələsi dayandırıldı”

  Bir müddət öncə Azərbaycan Liberal Partiyası ilə KXCP yeni siyasi birliyin yaradılacağı hada razılığa gəlmişdilər. Lakin, bu xəbərin üstündən xeyli vaxt ötməsinə baxmayaraq, hələ də bu qərar öz təsdiqini tapmayıb. Mələsəyə aydınlıq gətirmək üçün  Liberal Partiyasının sədri Əvəz Temirxan Modern.az-a açıqlama verib. Partiya sədri bildirib ki, bir zamanlar Liberal Partiyasının KXCP ilə yeni siyasi birlik yaratmaq qərarı gündəmdə olsa da, artıq bu məsələdə KXCP ilə yolları ayrılıb: “Qeyd edim ki, KXCP ilə mövqelərmiz müxtəlif olduğundan yeni birliyin yaradılması məsələsi müvəqqəti olaraq dayandırıldı. KXCP demokratik cəmiyyət uğrunda müqavimət hərəkatının üzvüdür. Bu baxımdan məsələ bu gün bizim gündəmimizdə deyil”.    

Anar RÜSTƏMOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?