Modern.az

88 iranlı professor hökumətdən zorakılığa son qoymağı tələb edir

88 iranlı professor hökumətdən zorakılığa son qoymağı tələb edir

5 Yanvar 2010, 18:13

İranın bir qrup tanınmış professoru islahat-yönümlü internet saytında hökümətin nümayişçilərə qarşı zorakılığını pisləyiblər. Modern.az BBC-yə istinadən xəbər verir ki, paytaxt Tehranda yerləşən İranın ən böyük universitetinin 88 professoru zorakılığa son qoyulmasını tələb edib. Ali ruhani lider Ayətulla Əli Xamneyiyə ünvanladıqları yazılı müraciətdə onlar bundan əvvəl hökümət əlieyhinə küçə nümayişlərində iştirak edən tələbələrin döyülməsi və həbsini tənqid ediblər.

Professorların müraciətində gecə vaxtı yataqxanalarda müdafiəsiz tələbələrə olan hücumlar və gündüz saatlarında universitetin tələbə şəhərciyinə basqınlar pislənilib.

Onlar həmçinin ali liderin tərəfdaşlarının onun lehinə şüarlar səsləndirərkən, tələbələrə hücum edib döymələrinə rəğmən cəzasız qalmalarına görə məyusluqlarını ifadə ediblər.

İran rəsmiləri bəyan edirlər ki, 500 nümayişçi həbs edilib və onların bəziləri ölüm hökmü ilə üzləşə bilər.

Bütün bu hədələrə baxmayaraq, universitet professorları susmağın mümkünsüz olduğunu hiss ediblər.

Onlar özlərinin karyera və hətta azadlıqlarını itirmək risklərinə baxmayaraq, bütün tələbələrin azad edilməsinə çağırıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?