Modern.az

Deputat ermənilərin yaraladığı xəstəyə baş çəkib - FOTO

Deputat ermənilərin yaraladığı xəstəyə baş çəkib - FOTO

Aktual

12 Aprel 2012, 13:25

Ermənistan silahlı qüvvələrinin snayperlərinin Tovuzun Ermənistanla həmsərhəd kəndlərində yaşayan dinc sakinləri hədəfə alması məsələsi növbəti dəfə beynəlxalq təşkilatlar qarşısında qaldırılacaq.

Modern.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ön cəbhədə Ermənistan silahlı qüvvələrinin snayperlərinin hədəfə alaraq ağır yaraladığı mülki vətəndaş – Vüsal Quliyevə xəstəxanada baş çəkib: “Atəşkəs rejiminin mövcud olduğu bir şəraitdə Ermənistan silahlı qüvvələrinin snayperlə Azərbaycanın mülki vətəndaşlarını, uşaqları, qadınları, öz həyətində, əkin sahəsində çalışan insanları hədəfə alması, onları yaralaması və qətlə yetirməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfi bu hərəkətləri ilə insanların adi yaşama hüququnu pozur”.

Yaralıya baş çəkənlər arasında olan Türkiyənin TRT kanalının Azərbaycan nümayəndəliyinə müsahibə verən millət vəkili Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyu yerləşən kəndləri, habelə işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə Azərbaycanın mülki vətəndaşlarını hədəfə alması artıq adi bir hala çevrildiyini qeyd edib.

Millət vəkili onu da əlavə edib ki, AŞPA-da daxil olmaqla, beynəlxalq təşkilatlar qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını snayperlə hədəfə alaraq onları yaralaması və qətlə yetirməsi və Ermənistan tərəfindən bu hərəkətlərə son qoyulmasının tələb edilməsi məsələsi qaldırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı