Modern.az

Pekindən ABŞ-a gözlənilməz zərbə

Pekindən ABŞ-a gözlənilməz zərbə

12 Aprel 2012, 13:54

Çin İran neftini sığorta edəcəyini bəyan edib  

Rəsmi Pekin İrana qarşı tətbiq edilmiş beynəlxalq embarqoya qarşı saymazyana münasibətini ortaya qoyub. Çinin dövlət sığorta şirkəti İran tərəfindən  ixrac olunan nefti sığorta edəcəyi barədə rəsmi qərar qəbul etdiyini bildirib.

Modern.az
“Fars” Agentliyinə istinadən bildirir ki, Çinin ən böyük sığotra şirkəti rəhbəri məsələ ilə bağlı şərhdə dövlət sığorta firmasının İranın ixrac etdiyi nefti daşıyan gəmiləri sığortalayacağını açıqlayıb. O bununla da İranın Çinə neft ixracını heç nəyin təhdid etməyəcəyini vurğulayıb. Çinli rəsmi bu mövzuda Pekin hakimiyyətinin sığorta şirkətinin rəsmiləri ilə görüşlərinin davam etdiyin də qeyd edib. 

Qeyd edək ki, Avropanın sığorta şirkətlərii Amerika və Avropa İttifaqının təkid etdiyi  birtərəfli neft sanksiyasından sonra İran neftini daşıyan gəmiləri sığotra etməkdən iimtina edirlər.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir