Modern.az

Nazirlik 9-cuların da sınaq imtahanlarının nəticəsini açıqlayıb

Nazirlik 9-cuların da sınaq imtahanlarının nəticəsini açıqlayıb

Aktual

12 Aprel 2012, 14:10

Təhsil Nazirliyi aprelin 8-də ölkənin bir sıra bölgələrində IX siniflər üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən Monitorinq və Qiymətləndirmə şöbəsindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında keçirilib.
İmtahanların nəticələrini Təhsil Nazirliyinin saytından - //exam.edu.gov.az/ öyrənmək olar.

IX siniflərdə sınaq imtahanı Azərbaycan dili və riyaziyyatdan keçirilib.

Qeyd edək ki, yoxlama (sınaq) imtahanı zamanı şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir