Modern.az

İran Ermənistana neft satışını artırıb

İran Ermənistana neft satışını artırıb

12 Aprel 2012, 17:53

Ermənistan hakimiyyəti Amerika və Avropanın İranın neft  sektoruna tətbiq etdyi  sanksiyalarına məhəl qoymayıb. Modern.az  “Fars” Agentliyinə istinadən bildirir ki, rəsmi İrəvan İrandan neft  idxalını davam etdirəcəyini və hətta idxalın həcmini artırdığını bəyan edib.

Xəbər mənbələri İran və Ermənistanın hətta şərikli neft boru xətti tikmək istədiklərini, bu mövzunun iki ölkənin enerji nazirlərinin fevral ayındakı görüşlərində müzakirə edildiyini bildirib. Sözügedən neft boru xəttinin iki ölkənin ticarət və iqtisadi əlaqələrinin inkişafına töhfə verəcəyi  də ifadə edilib. Türkiyə və Azərbaycan hökumətləri ilə ciddi siyasi problemləri olan Ermənistan üçün İran nefti “həyat suyu”na çevrilib.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?