Modern.az

“Porşe” avtomobilini yaradan şəxs öldü

“Porşe” avtomobilini yaradan şəxs öldü

İqtisadiyyat

13 Aprel 2012, 12:39

Porşe Avtokonserninin Müşahıdə Şurasının sədri və əfsanəvi idman modeli “Porşe” avtomobilinin yaradıcısı Ferdinand Aleksandr Porşe 76 yaşında Avstriyanın Zalsburq  şəhərində dünyasını dəyişib. Modern.az bildirir ki, bu barədə avtokonsernin rəsmi məlumatına istinadən  “Dpaco”agentliyi məlumat yayıb.

  “Porşe”nin idarə sədri Matias Muller bildirib ki, konsern Ferdinand Aleksandr Porşenin ölümüylə əlaqədar kədərlənir. O qeyd edib ki, "Porsche 911”in yaradıcısı bugünə kimi idman modellərində rəhbər tutulan dizayn mədəniyyətini yaradıb.   Müllerin sözləriinə görə, "onun dizayn mədəniyyəti bizim gələcəkdə ehtiramla saxlamaq niyyətində olduğumuz vəsiyyətdir”.

  Ferdinand Aleksandr Porşe 1935-ci ildə Ştuqqartda anadan olub. Onun atası Porşe Ferri Porşe avtokonserninin banidir. 1958 - ci ildə F.A.Porşe şirkətin konstruktor bürosunda işləməyə başlayıb. 1972-ci ildə “Porsche 911”in yaradıcısı operativ biznesdən gedib və Porsche dizaynının studiyasının əsasını qoyub.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi