Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

2 Aprel 2012, 11:21

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Respublikamızda yaradıcı, düşüncəli gənclərin sayı kifayət  qədərdir. Yaradıcı gənclərin formalaşması dedikdə də ilk növbədə Azərbaycanda olan yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və onlara dövlət dəstəyi yada düşür. Təbii ki, Azərbaycan dövləti hər zaman yaradıcı  gənclərin yanında olur və onların bu yolda da formalaşmasında yardımcı olur.

Ümumiyyətlə Azərbaycan gəncliyi yaradıcılığa meyillidir. Gənc yaşlarında yaradıcılıq elə bir sahədir ki, onu formalaşdırdınsa, üzə çıxardınsa deməli itib-baxmayacaqdır. Mən şəxsən həyatımda çox yaradıcı gənclər görmüşəm. İstənilən sahədə yaradıcılığı görmək olur. İstər idman, istər mədəniyyət, istərsə də incəsənətdə bunu görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycana gələn uğurların çoxu da bu sahələrdəndir. Idman sahəsinə xüsusi diqqət yetirsək görərik ki, burada əldə edilən uğurlar respublikamızda yaradıcı gənclərin çoxluğundan və onlara dövlət dəstəyindən xəbər verir.Təkcə idman deyil, mədəniyyət incəsənət sahəsinə də baxsaq, bu kimi uğurların həddən ziyadə çox olduğunu görərik. Yaradıcılığın necə formalaşdığının onların necə üzə çıxarıldığı aydın şəkildə özünü göstərir.

 Azərbaycan gəncliyinin yaradıcı olaraq formalaşması istənilən bir sahədə  özünü biruzə verir. Diqqətlə baxsaq görərik ki, elə yaradıcı gənclərimiz var ki, onların sağlamlıq imkanları məhduddur. Amma çox böyük işlər görür, uğurlar əldə edirlər. Mən sadə bir misalla qeyd etmək istərdim ki, istər sağlamlıq məhdudiyyəti olsun, istər olmasın Azərbaycan cəmiyyəti yaradıcılığa meyillidir. Bu yaxınlarda bir tədbirdə iştirak edirdik. Tədbir “sağlamlıq məhdudiyyətli insanlara” həsr olunmuşdur. Burada həmin insanlar çıxışlar edir, öz bacarıqlarını nümayiş edirdilər. Burada elə məqamlar olurdu ki, sevincindən ayağa qalxaraq etdiyi çıxışları ayaq üstə alqışlayırdım. Orada elə yaradıcı gənclər vardır ki, yaradıcılığı o qədər də inkişaf etməsə də əllərindən gələni əsirgəmirdilər. O gənclərdən bir neçəsi ilə söhbət edərkən mənə aydın olan bir məqam da oldu. Burada öyrəndim ki, dövlətimiz onlar üçün, yaradıcılıqları üçün əlindən gələni əsirgəmir. Belə hallara çox misallar, çox statlar gətirmək olar.

Ümumiyyətlə qeyd edək ki, Azərbaycanda yaradıcı gənclərin formalaşmasında hər zaman dövlət dəstəyi olmuşdur və olacaqdır.

Firdovsi Həsənov
Bəynəlxalq Jurnalistika
Qərb Univərsitəti

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir