Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

2 Aprel 2012, 12:03

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Əsrlərdən üzü bəri köç edən “böyük şəxsiyyətlərin karvanı” bu günə qədər davam edir. Tarixin yazılmamış qanunlarına baxmayaraq, yeni tarix yazanlara zəmanətin verilib-verilməməsi kimlərinsə hüquqi qanunlarına əsasən formalaşmır. Ən əsas növbədə silkələnmənin baş verməsi tarixi şəxsiyyətin meydana çıxmasında bünövrə rolunu oynayır.

1988-ci ildən başlayaraq, Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi nəticə etibarilə tarixi proseslərin zəncirvari toqquşma mərhələsinə meydan açdı.

Nə yazıq ki, sapı özümüzdən olan baltalar gərgin vəziyyət şəraitində normal tənzimlənmə mexanizmini işə salmaq əvəzinə, xalqı və məmmələkəti öz mənfur niyyətlərinə uyğun hədəf olaraq seçdi. Amma açılan atəş hədəfi parçalaya bilmədi. Çünki, uzaqgörən. Müdrik siyasətçini gətirən karvan zamanında yetişdi.

Əslində “böyük şəxsiyyətlərin karvanı” istiqamət götürərkən, onların dayanacaq nöqtəsi günəşin şəqfəqləri ilə qızdırılan torpaqlar olmur. Yalnız ani bir titrəyiş və xalqın başı üzərində qara buludların toplaşması həmin karvanın peyda olmasına səbəb olur. Bu zaman yeni tarix yazılır.

Xalqın müstəqil yaşamaq, azad düşünmək, suveren dövlətin qanuni vətəndaşı olmaq kimi dəyərlərə sahib olması 70 illik kölə əsarətinə son qoymaq istəyinin gerçək olacağına doğru ümidlərin pöhrələnməsidir.

Istənilən mürəkkəb vəziyyətdə inam hissinin olması rəhbərin güclü iradəsinin olmasından irəli gəlir. Məhz Heydər Əliyev də belə fenomenlərdən olub.

Həyatını təhlükəyə atıb xalqının önündə dayanaraq  istər daxili, istərsə də xarici qüvvələrə qarşı müqavimət hərəkatına rəhbərlik edən H.Əliyev məmləkəti boğulduğu dar qəfəsdən xilas etdi. Xalqı öz azadlığına, suverenliyinə qovuşdurdu. Azərbaycan adlı məmləkətdə Azərbaycan dövlətini qurdu. Dövlətçilik ənənələrini bərpa etdi. Xalqın saxtalaşdırılmış tarixini əsrlərdən bəri süzülüb dəlillələ birlikdə özünə qaytardı.

Dövlətin hərtərəfli idarəçilik sisteminin qurulması onun sonrakı inkişafında da özünü göstərir. Bu inkişafın paralel olaraq inkişaf etdirilməsi, güc strukturlarının birgə fəaliyyəti zamanı meydana çıxır.

Bugün hər bir gənc azad düşüncə qabiliyyətinə malikdir. Düşünmədən heç bir sahədə inkişafın düzgün istiqamətə tərəf müəyyənləşdirilməsi mümkün deyil.

Bütün bunlara baxmayaraq, “biz Azərbaycan dövlətinin xoşbəxt gəncləriyik” desək yanılmarıq. Çünki böyük şəxsiyyətləri daşıyan karvanın Azərbacana təşrif buyuran nümayəndələri həm gənc, həm də dərin düşüncəyə malik şəxsiyyətlərdir.

“Əsl oğul ata malına göz dikən deyil, əsl oğul ata çırağını yandırandır” – deyirlər. Şükürlər olsun ki, çırağımız məşəl kimi yanır. Əlbəttə, bugünkü Azərbaycanı işıqlı gələcəyə doğru aparan  İ.Əliyevin müxtəlif sahələrdəki uğurları danılmazdır. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərin prezidentliyi dövründən başlayaraq, İ.Əliyevin idmanın bütün növlərinə ayırdığı diqqət  gənclərin bu sahəyə maraq göstərməsinə səbəb oldu. Dünya idman arenasında həmvətənlərimizin uğurlu çıxışları üçrəngli bayrağımızı zirvələrə qaldırmaqda davam edir.

Mədəni sahələrdəki yeniliklər də maraqlıdır. Sənət, ədəbiyyat, elm, mədəniyyət naminə çalışan insanlara xüsusi diqqətin göstərilməsi mədəniyyətimizə verilən ən böyük tövhədir.

May ayında beynəlxalq musiqi yarışmasına ev sahibliyi edəcək Azərbaycan dünyanın diqqətini bura yönəldəcək. Bununla da, dövlətimiz haqqında daha ətraflı məlumata malik olmayanlar gördüklərinə inanmaq məcburiyyətində qalacaqlar. Çünki, real həyatda sehirli aləmə səyahət yuxu deyil.

Paytaxtda, eləcə də bölgələrdə yenidənqurma, abadlıq bərpa işləri, yeni yolların salınması, yaşıllaşdırma insanların sağlam həyat tərzinin formalaşmasına mübət təsir göstərir. Ölkəmizdə iqtisadi potensialın getdikcə güclənməsi turist axınına və turizm şirkətlərinin çoxalmasına səbəb olur.

Demək olar ki, bütün sahələrin sürətli inkişafına doğru istiqamət alması gənc liderin yorulmaz fəaliyyətinin nəticəsidir.

Yalnız siyasi meydanda küləklər səngimir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan gənc lider, hər an müharibənin başlaması fikrini də söyləməyi unutmur. Çünki düşməni məhv etməyə qadir olan güclü ordumuz var.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyriyyəçilikə bağlı nailiyyətləri müxtəlif sahələrdə özünü göstərir. Təhsil və səhiyyə ocaqlarına diqqət və qayğının artırılması, insanlarin xoş rifahının hərtərəfli təmin edilməsinə zəmanət verir.

Muğamlarımıza xüsusi diqqətin artırılması, xalqın mənəvi dəyərlərinə olan bağlılığını daha da artırır.

Gənc olaraq bizi əhatə edən hadisələrin işıqlı gələcəyə doğru yol aldığını görürük. Rəhbərimizin bütün sahələrdəki nəaliyyətləri və əzmkarlığı bizi çox sevindirir. Bu qədər yeniliklərin və uğurlu inkişafın əhatəsində böyüyən neçə-neçəgənclər formalaşacaq.

Çünki, gənc olaraq ən yaxşılardan örnək götürməklə sabahımızın uğurlu olacağına inanırıq. Gələcəyə inamla və İlhamla baxan gənclər artıq zirvələrə doğru addımlamağı bacarır.

Əzizova Namidə Samid qızı
BSU-nun Pedaqoji fakültəsinin III kurs tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi