Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması…

Azərbaycanda yaradıcı gənclərin formalaşması…

2 Aprel 2012, 12:56

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Yaradıcılıq insan  həyatının müəyyən dövründə özünü biruzə verən bir məfhumdur. Ümumilikdə yaradıcılıq haqqında danışmazdan öncə, fərqli yazarların, düşünürlərin bu haqda fikirlərini bilmək maraqlı olar.Bu adlardan Jean Paul, Tomas Edison, İsaak Nyuton və s öz kəşflərinə görə yaradıcılıq qabiliyyətlərinə malikdirlər. Mahiyyət  etibariylə yaradıcılıq biliyin alt seqmenti olaraq qəbul edilir. Lakin, bununla yanaşı qeyd etmək lazımdır ki, hər iki məfhum özülüyündə təzad təşkil edir və hansının daha vacib olması uzun müzakirələrə səbəb olub. Belə ki, Albert Eynşteyn yaradıcılığının önəmini daha da qabardaraq onu daha vacib element adlandıraraq biliyin məhdud, yaradıcılığın isə sonsuz olduğunu bildirib. Yaradıcılıq haqqında danışarkən ikinci ən əhəmiyyətli məsələ yaradıcılq və kreativlik arasında əlaqə, ziddiyətidir. İlk olaraq kreativliyin nə olduğunu dərk etmək vacibdir. S.Robert özünün Kreativlik Axtarışında adlı kitabında sözükeçən məfhumu hər hansı bir fərd tərəfindən müəyyən dəyərə malik yeni bir fenomen yaradılması kimi izah edir. Azərbaycan tarixən yaradıcı və müdrik insanlar yurdu olmuşdur. Yaradıcılıq ölkəmizdə şifahi və yazılı olaraq iki hissəyə bölünərək, xalq yaradıcılığı kimi tanınmış və bu da bilavasitə yaradıcılığın xalqın bağrından gəldiyini söyləmə imkanı verir. Bunlara missal olaraq, tarı yenidən quran və ona çingənə və kök sistemə əlavə edərək ilk dəfə sinədə çalan böyük tarzən Mirzə Sadıqcan, ilk opera yazan Şəfiqə Axundovanı göstərmək olar. Şübhəsizdir ki, keçmişi yaradıcı insanlarla bu qədər zəngin olan Azərbaycan bu gün də yaradıcı insanlar yetişdirməkdədir. Qeyd etmək yerinə düşərdi ki, yaradıcı insanların beyin məhsulları yalnız onlar üçün deyil, ümumilikdə cəmiyyətin inkişafına böyük təkan verir. Misal üçün texnoloji sahədə yaradıcılığa aid misalı, 2011-ci ildə dünyada ilk dəfə Azərbaycanda düzəldilmiş Gözdən əlillər üçün mini komputeri göstərmək olar. Bu ixtira , Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə yaradımış və görmə qüsuru olan insanların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədi güdür. İncəsənət, ədəbiyyat və s kimi sahələrdə də, Azərbaycan insanı öz potensialını göstərir, fərqli səpkili yarış, sərgi, göstərilərdə iştirak edirlər. Buna misal olaraq dəyərli yazar Kaman Abdullanın Nobel mükafatına namizədliyi qeydə alınmasını göstərmək olar. Yaradıcı gənclər cəmiyyət arasında seçilmiş insanlar, liderlərdir. Lakin onlara misal  göstərməkdən öncə ümumi uğur modeli haqda yazmaq yerinə düşərdi. Azərbaycanda yaradıcı uşaq və gənclərdən danışan zaman 11 yaşlı rəssam Məhəmməd İsmayılovu xüsusi vurğulamaq lazımdır, belə ki, onun az yaşına rəğmən bir neçə  rəsm sərgisi təşkil  edillib. Bundan əlavə gənc rəssam, Arzu Əhnədova, Hüseynov Cavid, heykəltəraş Nəbizadə Orxan, modelyer Səbinə Mürşüdovanı göstərmək olar. İçərişəhərdə yerləşən Abşeron rəsmi qalereyasında son günlərdə təşkil edilən Nəzrin Əliyevanın Rəsm sərgisini göstərmək olar.  Qeyd etmək lazımdırki,, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində 83 uşaq yaradıcılıq mərkəzi  fəaliyyət göstərir. Bununla yanaşı Respublikamızda 5 məktəbdənkənar tərbiyə işi mərkəzi fəaliyyət göstərirki, onlar da, debat klubu, gənc diyarşünaslar, uşaq parlamenti və s kimi praktiki biliklər  verərək uşaqlara dəstək olur. Azərbaycanda uşaq yaradıcılıq mərkəzlərinə olan dövlət qayğısının bariz nümunəsi, bu tip  mərkəzlərin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakıdır. Müstəqilliyini yeni qazanmış respublika olaraq, Azərbaycanda gənclərin yaradıcılığı, onların özlərini  ifadə etmə imkanları ilə bağlı müəyən problemlər vardır. ELS  Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ildə apardığı araşdırma  nəticəsində müəyyən edilmişdir ki, Bakı  şəhəri və ətraf rayonlarından bu tip mərkəzlər fəaliyyət göstərsə də, onların mövcudiyyəti cəmiyyətdə  təbliğ olunmur və beləliklə insanlar sadəcə bu haqda məlumatsız  qalırlar. Ikinci önəmli məsələ isə, yaradıcılıq mərkəzlərin maddi-texniki bazasının zəif olmasıdır ki, bu da mərkəzə  gələn  uşaq və gənclərə müəyyən çətinlik yaradar. Son İKT yeniliklərinin tətbiq olunmasında müəyyən problemlər də gözə çarpacaq qədər böyükdür. Bununla yanaşı qeyd etmək lazımdır ki,  uşaq və gənclər üçün tamaşa, sərgi, göstərilərin  keçirilməsi üçün pulsuz sərgi salonların , teatr səhnələrinin təşkil edilməsində müəyyən problemlər vardır. Lakin qeyd etmək lazımdır ki, bu problemlərin  aradan qaldırılması üçün son  illərdə  intensiv işlər gedir.Bu sahəyə dövlət qayğısı ələxsus son 2 ildə daha intensiv şəkildə görülməkdədir. Yeni-yeni gənclər yaradıcılıq mərkəzlərinin açılması, istedadlı gənclərimizin xaricdə sərgilər keçirmək üçün dəstəklənməsi, ölkə  daxilində olaraq gənclərin fərqli səpkili sərgilərinin, nümayişlərinin təşkil edilməsini göstərmək olar.

 

Pərvin Məhərəmova
Beynəlxalq Jurnalitika
Qərb Universiteti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir