Modern.az

Azərbaycanda 2910 nəfər "donuz qripi"nə qarşı müayinə olunub

Azərbaycanda 2910 nəfər "donuz qripi"nə qarşı müayinə olunub

Ölkə

6 Yanvar 2010, 12:08

Azərbaycanda A(H1N1) virusuna (“donuz qripi”) qarşı profilaktik tədbirlər gücləndirilib.

Qeyd edək ki, respublikamızda 18 yaşına qədər olan vətəndaşlar A(H1N1) virusuna qarşı Bakı şəhəri 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, orta və yaşlı əhali qrupu isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunurlar.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a bildirib ki, qış aylarında A(H1N1) virusuna yoluxma təhlükəsi artır. o, Ümumdünya Səhiyyə təşkilatının Azərbaycana ayırdığı vaksinlərin bugün axşam, ya da sabah ölkəyə gətiriləcəyini deyib.

 

Ş.Qurbanov bildirib ki, vaksinlərin ölkəyə gətirilməsi gecikdirilə də bilər: “Avropadakı pis hava şəraiti təyyarə reyslərinə də problem yaradıb. Bu səbəbdən mümkündür ki, vaksinlər ölkəyə sabah gətirilsin”. Vaksinlər Azərbaycana bir neçə mərhələdə çatdırılacaq. İlkin mərhələdə əhalinin 2 faizi üçün nəzərdə tutulmuş 170 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.  

 

Ş.Qurbanov onu da qeyd edib ki, ölkə vətəndaşlarından bu günə kimi 2910 nəfəri “donuz qripi”nə qarşı müayinədən keçirilib: “Onlar arasında yalnız 14 nəfərdə “donuz qripi” aşkar edilib. Həmin xəstələr müalicə olunub evlərinə göndərilib. Bundan sonra A(H1N1) virusu ilə bağlı xəstə qeydə alınmayıb, ancaq orta temperaturla müraciət edənlər tez-tez olur”.

 

Günay Musayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub