Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

2 Aprel 2012, 13:14

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Azərbaycan doğma yurdumuz və dövlətmiz. Hər bir dövləti və ya yurdu ayaqda tutan əsas amillərdən biri onun gəncliyidir. Gənclik həmin dövlətin gələcəyidir. Hər bir sahədə olduğu kimi yaradıcılıqda gənclərin yetişdirilməsinə mühüm əhəmiyyət verilməli və bu əhəmiyyət sayəsində həmin dövlətin və ya xalqın mədəni irsi gələcək nəsillərə miras olaraq qalır. Bir xalqın mədəniyyəti onu digər xalqlardan ayıran səciyyəvi xüsiyyətidir.

Azərbaycan gənclərinin formalaşmasında və onların yaradacılığa yönləndirməsində dövlətində xüsusi siyasəti olmalıdır. Buna misal olaraq ilk vaxtlardan yəni məktəb vaxtı ayrı musiqi rəssamlıq və digər sahələrdə məktəblərdə dərnəklərin olması. Hər bir rayonda en azı bir incəsəsnt yönümlü məktəbin olması bu siyasətin bir hissəsidir. Təbii bu siyasət ibtidai səviyyədə qalmamalı ali təhsil  səviyyəsində davam etdirilməlidi. Buna uyğun Azərbaycanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasın(ADRA), Bakı Musiqi Akademiyasın (BMA) və s. göstərmək olar. Bu  ali məktəblərin olması Azərbaycanda yaradıcı gənclərin formalaşmasın və cəmiyyətmizdə mədəni irsin davamı üçün mühüm əhəmiyyətə malikdir. “Azərbaycan gəncliyi 2011 -2015-ci illərdə”  dövlət proramında bu  yaradıcı gənclərə xüsusi yer ayrılmışdır. Həmin proqramın 6.3.  bəndi Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı nəzərdə tutur. Bu bəndə yaradıcı və intellektual gəclərin məlumat bankın yaradılması,  yaradıcı və intellektual gənclərlə görüşlərin təşkili, dövlət tərəfindən mesabiqələrin  təşkili və həmin gənclərin iştirakını nəzərdə tutur.

Əli Məmmədli
Beynəlxalq Jurnalistika
Qərb Universiteti
   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir