Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

2 Aprel 2012, 13:17

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu vardır.

Yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən  qoyulur. Hər bir gəncin kiçik yaşlarından  əldə etmək istədiyi, deyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır  ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.

Heçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək  təşkilatlar yaradılır.

Gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində en böyük dəstəkçisi xalqın  özüdür. Bu o xalqdır ki, keçmişdən bəri vətən uğrunda döyüşmüş, öz var gücünü əsirgəməmişdir, bu o xalqdır ki sadəcə qəhrəman titulu vermək yetməz. Gənclər de xalqın, vətənin gəlinciyin göstəriciləridir.

Hazırda ölkəmiz  xüsusi təşkilatlar, qurumlar vasitəsilə gəncləri bir araya toplamasina , onların hər hansı bacarıqları, maraqlı ideyaları, və təklifləri sayəsində faydalı işlər qurtulmasına çalışır, heçinin müzakirələr nəticəsində, xüsusi planlarla iş aktivliyi sayəsində  ölkəmizdə gənclərin yaradıcı kimi formalaşmasında  meyar yaradır.

 Müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində,  idmanda öz uğurları ilə seçilirlər.

Azərbaycanın elə bir guşəsi yoxdur ki orada yaradıcı gənclər olmasın, heçinin onlara qayğı və şərait göstərilməsin.

Məhz dövlətin onlara göstərdiyi qayğı və şərait nəticəsində bir çox gənc idmançılarımızın bəzi avropa və dünya ölkələrindən qalibiyyət səsləri gəlir. Azərbaycan bayrağını yüksəklərə qaldırmış Olimpiya çempionatında qalibiyyət eldə etmiş, dəfələrlə Avropa çempionu olmuş  gənc cudoçumuz  Elnur Məmmədli, boks üzrə dünya çempionu olmuş Ağası Məmmədovu yaradıcı gənclər olaraq misal göstərmək olar. Heçinin belə gənclərimiz vətənimizin adini ucaldıb, milli dəyərləri, milli irsləri qoruyuq layiqincə qiymətləndirən vətən övladlarıdır.

Incəsənətin rəssamlıq sahəsində öz töhfələrini verən, sərgiləri ilə bir çoxlarını heyran qoyan yaradıcı gənclərdən Nəzirin Əliyeva, Fəxri Abbasov, Vüsal Rəhimov və başqalarını misal göstərmək olar.

Müasir gənclərlimizin böyük maraq obyektinə çevrilmiş sahələrdən biri de ədəbiyyatdır. Azərbaycanın milli ruhlu gənc yağarları vardır ki, onlar xalqın, ölkənin, milli dəyərləri naminə əlinə qələm alıb müasir ədəbiyyatımızı zənginləşdirməyə  çalışırlar. Bu əlbəttə ki sevindirici haldır. Bir ölkənin gələcəyi onun gənclərinin əlindədir. Gənc yazarlardan Oktay Hacımusalı, Zaur Qeriboğlu, marksist jurnalist yazar Məmməd Süleymanovu qeyd etmək olar.

   Müasir dövrdə insan həyatının, günümüzün ən eses tələblərdən biri de texnologiyadır. Inkişaf etmiş və inkişafda olan dünya ölkələri texnologiya kommunikasiya vasitələrindən surətlə istifadə etməkdədirlər. Hər kəsin bildiyi kimi Azərbaycan texnologiya üzrə inkişafa doğru irəliləyir. Misal olaraq Baku GTUG- Google Technology User Group rəssmi Azərbaycan bölməsini göstərmək olar. 21 iyul 2011-ci il tarixində yaradılmış bu qrupun əsas məqsədi Azərbaycanda texnologiya həvəskarlarını birləşdirərək daha aktiv fəaliyyətini təmin etməkdir. Bu qrup daxilindəki gənclər tərəfindən idarə olunur və müxtəlif mövzular etirafında tədbirlər təşkil edir, müxtəlif  layihələr üzərində işləyir, en əsasi bilgi alış-verişini təmin etməkdədirlər. Bu bir daha Azərbaycanda yaradıcı gənclərin formalaşmasına sübutdur. Heçinin ölkəmizin dünya ölkələri sırasında hər tərəfli tanımasında yaradıcı gənclərimiz  və onların fəaliyyətləri zəmin yaradır.

Gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, gerisi isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı bir adamına çevrilmək hər bir adi gəncin əlindədir, sadəcə verilmiş bu şanslardan istifadə etmək kifayət edər ki yaradıcı gənc kimi yetişəsən.

Ölkəyə problem doğuran, gəncliyimizi əlindən alan bezi problemlər də yaşanmaqdadır. Narkomaniya, cinayətkarlıq, zorakılıq  və bir çox ziyanlı  vərdişlər de gənclərin səhv yola addımlamasına gətirib çıxardır. Hemçinin bütün bunlara qarşı- gənclər arasında hüquq pozuntularının , narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində mübarizə tədbirləri həyata keçirilir.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdıramaq məqsədilə təşəbbüsü irəli sürülür.

Heçinin gənclərimiz ölkəmizin bir çox dövlət proqramlarına uyğun xaricdə təhsil imkanını eldə edirlər. Bütün bunlar gənclərlimizin yüksək səviyyəli təhsilə yiyələnmələrinə imkan yaradır.

Ölkəmizin hazırkı şəraiti, dövlətimizə, gənclərimizə göstərilən qayğı və imkanlara görə  xalqımız prezident Ilham Əliyevə minnətdardırlar. Bu gün Azərbaycan dövlətinin gəncliyin inkişafı, aktual məsələlərinin həlli üçün geniş maddi və mənəvi imkanları var, əlbəttə  ki bütün bunlar prezidentimiz sayəsində reallaşır.

Ümid edirik ki gələcək illər ərzində dövlətimizin gənclərə göstərdiyi imkanlar daha da üstün olacaq, və daha artıq yaradıcı gənclərin formalaşmasına təkan yaradacaq.

Suzanna Vəliyeva
Filologiya fakültəsi
Qərb Universiteti

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır