Modern.az

ABŞ-la İran anlaşır-NÖVBƏTİ GÖRÜŞ BAĞDADDA OLACAQ

ABŞ-la İran anlaşır-NÖVBƏTİ GÖRÜŞ BAĞDADDA OLACAQ

14 Aprel 2012, 19:39

İran ilə Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasındakı danışıqlar başa çatıb.

Modern.az  Türkiyənini CNNTÜRK telekanalına istinadən xəbər verir ki, İstanbulda baş tutan bu dialoqda “5+1” ölkələrini Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Eşton, İran tərəfini isə bu ölkənin nüvə məsələləri üzrə baş müzakirəçi Səid Cəlili təmsil edib.

 Xarici siyasət komissarının nümayəndəsi Maykl Mann mətbuata açıqlamasında bu dəfə müzakirələrdə irəliləyiş əldə edildiyini deyib.

Bunun nədən ibarət olduğunu söyləməyən sözçü ABŞ-ın İranla ikitərəfli görüş keçirmək istədiyini də bildirib.

Telekanal Səid Cəlilin ABŞ-ın görüş təklifini qəbul etdiyi barədə də məlumat yayıb.

Onlar növbəti dəfə gələn ayın 23-də Bağdadda görüşəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər