Modern.az

Sərkisyan hərbi hazırlıq barədə tapşırıq verib

Sərkisyan hərbi hazırlıq barədə tapşırıq verib

6 Yanvar 2010, 14:33

Ermənistan prezidenti Serj Sərkisyan ölkənin silahlı qüvvələri qarşısında yeni tapşırıqlar qoyub. Modern.az “Novosti Armeniya” saytına istinadən xəbər verir ki, Sərkisyan Müdafiə Nazirliyində iclas keçirib. Erməni  telekanallarının məlumatına görə, iclas Müdafiə Nazirliynin administrativ kompleksində keçirilib.  İclasda çıxış edən müdafiə naziri Seyran Ohanyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri qarşısına qoyulan bütün vəzifələri  yerinə yetirməyə və istənilən  xarici müdaxilə cəhdininin qarısını almağa hazırdır.   

 

Müdafiə Nazirliyinin mətbuat üçün açıqlamasında qeyd olunur ki, iclasda 2009-cu ildə ordu sahəsində görülmüş işlərə yekun vurulub, ordunun döyüş qabiliyyətinin təmin olunması və 2010-cu ildə Silahlı Qüvvələrin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulmuş planlar müzakirə olunub .

İclasda prezident Serj Sərkisyan müvafiq tapşırıqlar verib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?