Modern.az

Mələkxanım Əyyubova Zeynəb Xanlarovadan halallıq alıb

Mələkxanım Əyyubova Zeynəb Xanlarovadan halallıq alıb

17 Aprel 2012, 12:50

“Müxtəlif konfranslarla insanları sülhə dəvət edirik, amma sənətin dili başqadır”.
Bunu Modern.az saytına Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə təmsilçisi Mustafa Saatçı vurğulayıb. Türkiyəli nümayəndə bildirib ki, bu ilin sentyabr ayında Heydər Əliyev Srayında  dünya sülh günü münasibətilə “Ananın səsi “ adlı mahnıya çəkilmiş klipdən ibarət proqram təşkil olunacaq. Proqramın təşkilatçıları “Lider Qadınlar” İctimai Birliyi, TİKA və Dialoq Avrasiya İctimai Birliyidir.
“Heydər Əliyev Sarayında böyük bir proqram olacaq.  Bura Azərbaycandakı xarici təşkilatları, xarici missiya təmsilçilərini, ölkədəki elçilikləri dəvət edəcəyik. Mahnı Azərbaycan,  rus, ingilis dillərində olacaq. Mələkxanım Əyyubovanın canlı müşayiəti ilə fonda klip nümayiş olunacaq. Əsas məqsədimiz odur ki, Azərbaycan anasının simasında bütün insanları dilindən, irqindən, cinsindən aslı olmayaraq sülhə çağırmaq, müharibədən əziyyət çəkən xalqlara yardım etməkdir”.

Mahnının ifaçısı Mələkxanım Əyyubova da klipin çəklişindən çox razıdır.
“Mahnını Rauf Abdullayevin orkestri müşayiət edir. Orkestrofkanı da çox yüksək səviyyədə ediblər. Sözləri İsmayıl Dadaşova, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur. Hətta Ələkbər müəlimin oğlundan və 60-cı illərdə bu mahnını ifa edən Zeynəb Xanlarovadan da halallıq alınıb. Qeyd edim ki, 20 il əvvəl mahnını bir dəfə də Xalq çalğı alətləri orkestrinin müşayəti ilə ifa etmişəm. Klipin çəklişi mart ayında başa çatıb”. Şahanə Rəhimli  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər