Modern.az

Bəhreyndə idmana qarşı mitinqlər başlanıb

Bəhreyndə idmana qarşı mitinqlər başlanıb

17 Aprel 2012, 13:43

Bəhreyndə populyar “Formula 1” avtomobil  yarışının keçirilməsinə qarşı  ölkənin müxtəlif yerlərindəki mitinqlər başlanıb. Modern.az Fars agentliyinə istinadən bildirir ki, mitinq iştirakçıları rejimin Bəhreyn xalqına qarşı törətdiyi cinayətlər davam etdiyi bu ağır vaxtda guya heç nə olmamış kimi yarışın Bəhhreyndə keçirilməsinə etiraz ediblər.

Ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalarda “Formula 1” yarışının adı “Formula Qan” adı ilə əvəzlənib. Mitinqçilər hesab edirlər ki,  beynəlxalq yarışın Bəhreyndə keçirilməsinin əliqanlı xəlifə rejiminə dəstək mahiyyəti daşıyır  və bu ölkədə vəziyyətin  kifayət qədər sakit olduğu təəssüratı yaratmaq məqsədi güdür.            
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi