Modern.az

“Anarın həcvini Seymur Baycanla Qan Turalı özünə götürübsə, demək hədəf düz vurulub”

“Anarın həcvini Seymur Baycanla Qan Turalı özünə götürübsə, demək hədəf düz vurulub”

17 Aprel 2012, 17:13

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin onu tənqid edən gənc yazarlara “525-ci qəzet”də həcv dərc etdirməsi ədəbi kəsimdə birmənalı qarşılanmadı. Daha sonra qarşı tərəfin də mətbuatda Anara cavab yazması bir neçə gündür ədəbi dairələrin müzakirə mövzusuna çevrilib. Modern.az saytı da olayla bağlı tanınmış yazarların fikirlərini də öyrənmişdi. Aqil Abbas və Əkrəm Əylisli Anarı bu şeirə görə qınamışdılar...

Bu gün də eyni müzakirə və polemikalar davam edir....

Azərbyacan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bu məsələylə bağlı Modern.az saytına açıqlama verib. O, əvvəlcə Anar Rzayevin Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri olduğunu vurğulayıb:
“Anar müəllim bu yaşında çox intensiv olaraq fəaliyyət göstərir. Bu fəaliyyət də göz qabağındadır. Həmçinin də Anar müəllimin şeir yazması və yaxud da ki, başqa bir publisistik məqalələr yazması çox təbiidir. O qələm sahibi olduğu üçün şeir yazmasını da çox normal qarşılamaq lazımdı. Anar müəllim tanınmış bir yazıçıdır. Azərbaycan xalqının ən böyük ziyalılarından biri, həm də dövrümüzün ən tanınmış simalarındandır. Anar müəllim əlinə qələm alıb yazırsa, orda mütləq və mütləq bir işıq, bir ağrı, bir acı, xalqımızın bir mənəviyyatı var. Anar müəllimin yazıları ədəbiyyatımız üçün çox dəyərlidir“.

Ədalət Əsgəroğlu da öz növbəsində məlum həcv haqqında mənfi fikirdə olan və Anara irad tutan yazıçı və qələm sahiblərini qınayıb: “Anar müəllimin həcvi haqqında mənfi fikirdə olanları nəzərinə çatdırım ki, bu həcv heç də zəif deyil.  Mən tənqidi fikirləri  qəbul etmirəm. Gəlin bir az keçmişə baxaq. Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, M. Ə. Sabirin və o dövrdə olan bizim digər şairlərimizin çox gözəl həcvləri var və bu həcvlər indiyə qədər gəlib çatıb. Qasım bəy Zakirin yazdığı həcvlərdə hədəf aldığı şəxslərin adı çəkilmir, amma baxın Qasım bəy Zakirin adı qalıb və onun həcvləri hələ də yaşayır. Anar müəllimin də bu həcvi yüz ildən, iki yüz ildən sonra da yaşayacaq. Azərbaycan xalqının gələcək oxucularını maraqlandıran və düşündürən bir əsər kimi yaşayacaq“.

Mərbuat katibi Anarın həcvinin təsir gücündən də danışıb: “Eyni zamanda bu həcvdə ad çəkilməyib, amma kim özünə şamil edirsə, bu onun öz problemidir. Həm də  elə Anar müəllimin yazdığı bu həcvin, sartiranın gücü də ondadır ki, güzgüdə olduğu kimi insanlar özlərini eynən görə bilir. Onu da deyim ki, Anar müəllimin həcvdə işlətdiyi “Sirkə Badimcan” bir obrazdır. Amma Seymur Baycan bunu özünə aid edirsə, demək ki, Anar müəllim hədəfə düz dəyib. Ya da başqa kimlərsə, bunu özünə aid edirsə, məsələn elə Qan Turalını deyək. Qoy özlərinə götürsünlər. Elə Anar müəllimin həcvinin gücü də burdan irəli gəlir. Ədəbiyyat praktikasında da görsənib ki, belə əsərlər zəif ya güclü olmasında asılı olmayaraq, yaşayacaq. Demək bir balaca həcv belə bir səs-küyə səbəb olubsa, o güclü bir əsərdir. Belə qlobal problemə dönübsə, demək ki, hədəflər çox düzgün vurulub” .

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Anarın yazdığı həcvi tənqid edənlər barədə bunları deyib: “Bu həcvin belə bir qlobal vəziyyətə gəlib çatması yazıçıların problemi deyil. Amma bir baxın, Anar müəlllim haqqında həmişə köşə yazıları yazılıb, onu təifləyiblər də, tənqid və təhqir də ediblər. Hətta Anar müəllimin doğum günündə belə, onu tənqid eləyiblər. Təhqiramiz ifadələr işlədiblər və Anar müəllim onlara cavab verməyib. Anar müəllimin bu həcvi yazıb və bəzi gənc yazarlar da bundan xoşlanmayıblar, yersiz səs-küyü qoparıblar. Bəzi adamlar riyakarlıq edir. Bu həcvin belə səs –küyə səbəb olmasına baxmayaraq, həmişə öz çəkisini saxlayacaq. Anar müəllimin həcvi hər zaman dəyərli qalacaq. Şeirə desinlər ki, zəifdi, amma niyə orada vurduğu hədəfləri, obrazları işıqlandırırlar. Mən sizə yenə də deyim məsə barədə danışanların 90%-i riyakarlıq edir.

Biz demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs azad və sərbəst olaraq öz fikirlərini bildirə bilər. Biz azadlığı və deməkratiyanı olduğu kimi qəbul etməliyik. İşıq olan yerdə təhqiramiz ifadələr olmaz. Ümümiyyətlə, təhqiramiz ifadələrdən çox qələm sahibi şikayət edir. O qədər təhqiramiz ifadələri fikirləri saytlarda, qəzetlərdə və ya ictimai olaraq işlətmə olmaz. Bu qədər qabardıb işin əsasını görmədən Anar müəllimi qınamaq olmaz. Deyirlər ki, bu həcv Anar müəllimə qəti yaraşmır, amma bu belə deyil. Mən belə düşünürəm ki, Anar məllim bu həcvi yazmaqla düz edib. Anar müəllimin bu yazını yazmağı ilə səs-küyün qopması bir oldu. Bir də həcvlə bağlı konkret fikirləri varsa, yazsınlar, yoxsa “Anar müəllim özünü biabır elədi” və ya “adına yaraşdırmadım” kimi sözlərin nə mənası var axı. Anar müəllim kimi yazıçılar heç vaxt biabır ola bilməz, bu qeyri-mümkündür. Həm də sanballı ədəbiyyat adamının qeyri-ciddi insanlar tərəfindən ittifam olunmasıın bir əsası yoxdur“ .

Ədalət Əsgəroğlu kulis.az saytında yazar Qan Turalının “Anar testi “ adlı yazısı haqda da  fikir bildirib: “Qan Turalnın və o birilərin də yazdığı həcv və ya şeirlər heç vaxt yaşamayacaq və qəbul da olunmayacaq. İstəyir o Qan Turalı və ya olsun o biri yazılar da qızıl xırdalasınlar,  xeyiri yoxdur. Anar müəllim çox ustaca həcvində hədəflərini vurub və bundan sonra kiminsə bu həcvə cavab yazmasını ədəbiyyat aləmində kimsə qəbul etməyəcək. Həm də Anar müəllimin həcvinin hədəfi kimi Qan Turalı və ya Seymur Baycan özlərini seçiblərsə, demək ki, hədəf də , əsərinin qəhrəmanları da elə məhz onlar imiş. Amma indiyə qədər onların Anar müəllim haqqında yazdıqları təhqiramiz yazıları mən bir qələm adamı kimi, bir şair kimi,  birliyin katibi kimi yığmağa başlasam, elə bir 10 cildlik kitab edər” .

Müsahibimiz AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə gənc yazar Seymur Baycanın məlum hadisədən sonra başlayan “söz atışması”na da münasibət bildirib: “Rəşad Məcid ictimai fikrin formalaşmasında öz rolunu və fəaliyyətini kifayət qədər göstərib. Siz bir Rəşad Məcidin fikirlərini, sözlərini oxuyun və nə qədər səmimi olduğunu görün, amma Seymur Baycanın yazdıqlarına bir baxın. Çox süni  və riyakar alınıb. Elə Seymur Baycanın yazdığı və dediyi fikirlər hamısı demaqoqiyadır. Və bunlar da qəbul olunmayacaq ədəbiyyatda. Seymur Baycanın və Qan Turalının yazdıqları sadəcə cəmiyyəti aldatmaq üçündür. Elə onların da əlinə bir balaca şans düşüb ki, öz sözlərini yaza bilsinlər. Bir balaca da adları hallansın cəmiyyətdə“ .

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?