Modern.az

Rusiya terrorla üz-üzə qalıb

Rusiya terrorla üz-üzə qalıb

6 Yanvar 2010, 17:50

Bu gün səhərdən Rusiyanı yeni terror dalğası bürüyüb. Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Şimali Qafqada vəziyyət kəskin surətdə pisləşib. Səhər saatlarında Dağıstanda yerli yol polis xidmətinə qarşı terror aktı baş verib. Kamikadzenin həyata keçirdiyi aksiyada 6 milis işçisi həlak olub, 14 nəfər  isə yaralanıb. Daha sonra Mahaçqalada dəmiryolunda 5-70 kq trotil ekvivalentinə bərabər partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilib. Nəticədə şimal istiqamətdə hərəkət edən qatarlar Bakı – Moskva, Bakı  - Kiyev qatarlarının hərəkəti dayanıb.

 

Bundan sonra Rusiyanın Kalininqrad vilayətində terror həyəcan çalınıb. Moskva-Kalininqrad qatarı Belarusla sərhəddəki Vitebsk şəhəri yaxınlığında məcburən dayandırılıb.  Vaqonlardan birində partlayıcı qoyulması barədə  xüsusi xidmət orqanlarına məlumat daxil olub. Nəticədə qısa vaxt ərzində 400 –dən artıq sərnişin evaukasiya olunub. Onlar mənfi 15 dərəcə şaxtada dəmiryolunun gözləmə zalında gözləməli olublar.

 

Rusiya prezidenti Dmitri Medvedev baş verənlərdən sonra ölkənin güc strukturlarına xüsusi tapşırıqlar verib. Prezident daxili işlər naziri Rəşid Nurqaliyev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova Dağıstandakı vəziyyəti yerində araşdırmağı və gücləndirilmiş iş rejiminin tətbiqini tapşırıb.

 

Rusiya prezidentinin mətbuat katibi Natalya Timakovanın sözlərinə görə, nazirlər Dağıstanda baş vermiş hadisə barədə prezidentə hesabat veriblər. Dövlət başçıçı DİN və FTX-dən Şimali Qafqazda vəziyyətə nəzarəti  gücləndirməyi və antiterror tədbirlərini genişləndirməyi tələb edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi