Modern.az

Tanınmış aktyor Silvester Stallonenin boynu sınıb

Tanınmış aktyor Silvester Stallonenin boynu sınıb

6 Yanvar 2010, 22:20

“The Telegraph”in məlumatına görə, “Soyuqqanlı” filminin çəkilişi zamanı tanınmış aktyor Silvester Stallone həyatını itirmək təhlükəsi ilə üzləşib.

Stallone “Buz parçası” ləqəbli qladiotar Stiven Ostinlə döyüş səhnəsinə çəkilərkən ciddi xəsarət alıb və boynu sınıb.
Həmin hadisədən sonra aktyorun zədə aldığı nahiyə şişməyə başlayıb. Onu təcili olaraq yaxın klinikaların birinə çatdırıblar.
Film Cənubi Amerikada hakimiyyətdə olan diktatoru devirmək istəyən bir qrup muzdlu haqqındadır. Filmin ssenari müəllifi də, rejissoru da Stallonenin özüdür.
Silvester Stallone ilə yanaşı, filmdə Hollivudun ən məşhur aktyorları – Arnold Şvartsenegger, Erik Roberts, Bryüs Uilles, Mikki Rurk da çəkilirlər.
63 yaşlı Silvester Stallone etiraf edib ki, çəkiliş zamanı özünü hadisələrin içində o dərəcədə hiss edib ki, zədə alacağının fərqinə varmayıb.
Belə hadisə Stallonenin başına birinci dəfə deyil ki, gəlir. “Rokki 4” filminin çəkilişi zamanı da Stallone çox ağır zərbə almışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir