Modern.az

«Gənc liderlər»in Тürkiyə nümayəndəliyi yaradılıb

«Gənc liderlər»in Тürkiyə nümayəndəliyi yaradılıb

10 Sentyabr 2009, 17:17

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının(UGT) Türkiyə nümayəndəliyi yarıdılıb. Bu barədə Modern.az-a məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, nümayəndəlik Türkiyənin Antalya şəhərində yerləşəcək. Nümayəndəliyə Türkiyədə təhsil alan azərbaycanlı gənc Əsmər Vəlizadə rəhbərlik edəcək.
Nümayəndəliyin yaranma məqsədlərindən danışan «Gənc Liderlər» UGT-nin sədri F.Şahbazlı Türkiyənin daim Azərbaycanın strateji müttəfiqi olduğunu xatırladıb: «Odur ki, biz hesab etdik ki, qardaş Türkiyə gəncləri və məktəbliləri ilə münasibətlərin genişlənməsinə və bu ölkədə Azərbaycan həqiqətlərinin daha çox təbliğinə ehtiyac var. Nümayəndəlik bu istiqamətdə ciddi işlər planlaşdırır. Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyə gənclərini məlumatlandırmaq əsas istiqamət olacaq. Bu məqsədlə məktəb və universitetlərdə tədbirlərin keçirilməsini planlaşdırırıq».

 

Günay MUSAYEVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir