Modern.az

ATƏT-in yeni sədri Cənubi Qafqaza gəlir

ATƏT-in yeni sədri  Cənubi Qafqaza gəlir

7 Yanvar 2010, 09:39


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Cənubi Qafqaza səfər edəcək. Modern.az-ın məlumatına görə, bu barədə  Qazaxıstanın ATƏT-də sədrliyinin rəsmi saytında xəbər verilib. 2010-cu ildə K.Saudabayevin Cənubi Qafqazla yanaşı Balkana, Şərqi Avropaya və Mərkəzi Asiyaya səfərləri planlaşdırılıb. Səfərlərin dəqiq tarixləri hələlik məlum deyil.
Bundan əlavə, Qazaxıstanın ATƏT-də sədrliyi çərçivəsində iştirakçı dövlətlərin konkret sahələrdə səylərinin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə uzun sürən münaqişələr və böhranların nizama salınması, ekologiya, nəqliyyat, dözümsüzlük və ayrıseçkilik, seçkilərin müşahidə olunması və seçki problemi sahələri üzrə şəxsi nümayəndələrin təyin edilməsi barədə qərar qəbul edilib.
Qazaxıstan KİV-lərinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələrin aradan qaldırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə ölkənin ən təcrübəli diplomatlarından biri olan Bulat Nurqaliyev təyin ediləcək. B.Nurqaliyev 2010-cu il yanvarın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi postunda işləyib 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı