Modern.az

Yunanıstan Türkiyəni ittiham edir

 Yunanıstan Türkiyəni ittiham edir

Təhsil

7 Yanvar 2010, 10:52

Yunanstan Türkiyə hərbi təyyarələrinin ölkənin hava sərhədlərini pozduğunu bəyan edib. Modern.az-ın ”Ria-novosti” agentliyinə istinadən verdiyi məlumata əsasən bu barədə Yunanıstan Hərbi Hava  Qüvvələri Baş Qərargahı bəyanat yayıb. Qeyd olunur ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 16 qırıcı Yunanıstanın milli hava məkanını 6 dəfə pozublar. 4  pozulma hadisəsi isə hərbi xarakterlidir.  Türk qırıcılarını ölkənin hava sərhədlərindən sıxışdırıb çıxarmaq üçün havaya yunan qırıcıları çıxarılıb.
Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, türk təyyarələri “bayram sakitliyini” pozublar. Çünki həmin gün yunanlar pravoslav bayramını qeyd ediblər. 12 il əvvəl əldə olunmuş razılaşmaya uyğun olaraq isə türk və yunan təyyarələri bayram günlərində bir-birini rahatsız etməməlidirlər.  Bu razılığa son 12 il ərzində əməl olunub. Lakin yunan tərəfin iddiasına görə, bu centlmen razılaşma pravoslav bayramı günlərində türklər tərəfindən pozulub.

Xatırladaq ki, Egey dənizində Yunanıstan və Türkiyə arasında bir sıra fikir ayrılıqları mövcuddur.   
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir