Modern.az

Abdullah Gül xəstələnib

Abdullah Gül xəstələnib

Təhsil

7 Yanvar 2010, 12:10

Türkiyə mətbuatının yazdığına görə, prezident Abdullah Gülün gündəlik iş proqramı dəyişdirilib. Buna səbəb onun soyuqlaması olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı gün ərzində ölkəsində yerləşən səfirlərlə görüşərək onlara ziyafət verməli, daha sora Fələstin lideri Mahmud Abbasla rəsmi görüşdə iştirak edərək sonda mətbuat konfransı keçirməli idi.
Lakin iş elə gətirib ki, ziyafətdən sonra prezident özünü pis hiss edib və Mahmud Abbasla qısa ayaqüstü görüş keçirib, mətbuat konfransı işə baş tutmayıb. Çankaya köşkünün yaydığı məlumatda prezident Abdullah Gülün kəskin soyuqladığı bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!