Modern.az

General: "Gəncənin 100 yerində kameralar yerləşdiriləcək"

General: "Gəncənin 100 yerində kameralar yerləşdiriləcək"

20 Aprel 2012, 18:12

Gəncə təhlükəsiz şəhər olacaq.  Modern.az-ın məlumatına görə, bu barədə  Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayev bildirib.  Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə şəhərdə müşahidə kameraları quraşdırılır. Təxminən şəhərin 100-dən çox hissəsində bu kameralar yerləşdiriləcək.

“Kameralar şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə qurulur. Bu izləyicilər vasitəsilə hər hansı bir cinayət hadisələrinin qarşısı alınacaq. Yollarda avtomobillərin hərəkətinə nəzarət ediləcək. Bir sözlə, bu kameralar vasitəsilə Gəncə tam təhlükəsiz şəhər olacaq” - deyə Rasim Musayev bildirib.

Rəisin sözlərinə görə, artıq kameraların quraşdırılmasına başlanılıb və yaxın 3 ay ərzində müşahidə sistemi istifadəyə veriləcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir