Modern.az

Tovuzun itkin sakini Ermənistanda saxlanılır

Tovuzun itkin sakini Ermənistanda saxlanılır

7 Yanvar 2010, 14:27

2009-cu il dekabrın 28-də itkin düşdüyü bildirilən Tovuz rayonunun Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu elə həmin gün naməlum şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürülübmüş. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu bununla bağlı məlumat açıqlayıb. İşçi  Qrup tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Tağıyev Eldar Heydər oğlu hazırda Ermənistan ərazisində saxlanılır. Dövlət Komissiyasının İşçi Qrupu Tağıyev Eldar Heydər oğlunun azad olunması və Vətənə qaytarılması istiqamətində müvafiq beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirləri davam etdirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı