Modern.az

Dünyada "donuz qripi"ndən 12220 ölüm halı baş verib

Dünyada "donuz qripi"ndən 12220 ölüm halı baş verib

Təhsil

7 Yanvar 2010, 17:21

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, pandemik A(H1N1) virusu ("donuz qripi") ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınıb, 12220 ölüm halı baş verib. Modern.az xəbər verir ki, ÜST regionlar üzrə statistik məlumatları da açıqlayıb.

Regionlar üzrə ölüm halları:

Afrika üzrə: 130

Amerika qitəsi üzrə:  6670

Şərqi Aralıq dənizi Regionu üzrə: 693

Avropa üzrə: 2422

Cənubi-Şərqi Asiya Regionu üzrə: 1056

Sakit Okeanın Qərb Hissəsi Regionu üzrə: 1249

6 yanvar 2010-cu il tarixinə olan məlumata görə Azərbaycan Respublikasında cəmi 14 pandemik a(H1N1) qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb. Ölkəmizdə bu xəstəlikdən ölən olmayıb.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir