Modern.az

NİSSAN polis maşını oldu - FOTOLAR

NİSSAN polis maşını oldu - FOTOLAR

23 Aprel 2012, 11:08

Bir ay öncə Azərbaycan müştərilərinə təqdim olunan Nissan Juke modeli, innovativ detalları və dəbli görünüşü ilə qısa zaman ərzində gözlənilən populyarlığı qazana bildi.

Yüksək manevr qabiliyyətinə malik Nissan Juke sizin hərəkətlərinizə ani reaksiya verərək, etibarlı idarəetmə hissi bəxş edəcəkdir. Model həmçinin yüksək səviyyədə təhlükəsizlik sistemi ilə təchiz olunmuşdur. Belə ki, Juke modelinin təhlükəsizlik sistemi Euro NCAP təhlükəsizlik reytinqinə görə 5 ulduz mükafatına layiq görülmüşdür. Bunun əyani sübütu olaraq, böyüklər üçün 87 bal, kiçik sərnişinlər üçün isə 81 bal qiymətində müdafiəni təmin etməsini qeyd etmək olar. Həmçinin avtomobilin sınaq testində ön zərbə zamanı kuzov hissənin bütövlüyünün qorunması Nissan Juke modeline daha da yüksək bal qazandırmışdır. Altı ədəd təhlükəsizlik yastıqları, baza təchizatında dinamik stabilizasiya sistemi olan ESP,  ətrafı rahat müşahidə etməyə imkan verən hündür görünüş hər an sürücüyə 100% əminlik hissi bəxş edir.

Qeyri-adi dizaynı ilə diqqət çəkən Nissan Juke, keçən aylarda Türkiyə Beyoğlu İlçe Təhlükəsizlik Xidmətində polis avtomobili olaraq istifadə edilməyə başlanmışdır. Sonradan isə Kadıköy, Fateh, Beşiktaş və Ovçular İlçe Təhlükəsizlik Xidmətləri də öz avtomobil parkına Nissan Juke qatmışdır. Avtomobillər Sultanahmet Meydanında təşkil edilən bir mərasimdə Kadıköy, Fateh, Beşiktaş, Ovçular İlçe Təhlükəsizlik Xidmətinin rəhbərlərinə təqdim edilmişdir.

Təqdimetmə mərasimi əsnasında Nissan Avtomobillərinin Türkiyə üzrə Ümumi Satış Müdiri əminliklə bildirmişdir ki, Nissan Juke avtomobillərinin performansı, şəhər istifadəsinə uyğun ölçüləri və yerdən yüksək quruluşu, qarşımıza çıxan bütün çətinliklərin öhdəsindən asanlıqla gəlməyə və hər bir şəraitdə Təhlükəsizlik Təşkilatına dəstək olmağımıza kömək edəcəkdir.

Nissan model sırası, o cümlədən Nissan Juke haqqında ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

 

Nissan Juke – Şəhəri Canlandır!

“Nurgün Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgün Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

 

NISSAN  getdiyin yolları_DƏYİŞ
Əlavə məlumat üçün ünvanlar və telefonlar:

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti 41, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)

Tel.:            (+99412) 430 81 41, 448 38 38

                    Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km

Telefon:     (+994 22) 256 57 00

                     Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2

Telefon:      (+994 44) 277 13 97

                     Lənkəran şəhəri, Ləvəngi dairəsi

Telefon:      (+994 25) 254 24 18

E-mail: [email protected] 

Rəsmi sayt: www.nissan.az

Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir