Modern.az

Putini həbs edənə 50 milyon rubl mükafat veriləcək

Putini həbs edənə 50 milyon rubl mükafat veriləcək

23 Aprel 2012, 11:27

 

Rusiyalı oliqarx, İngiltərədə siyasi mühacirətdə olan Boris Berezovski Vladimir Putini tutub həbs edənə 50 milyon rubl mükafat təyin edib. Modern.az bildirir ki, o bu barədə özünün rəsmi bloqunda yazdığı “Putini həbs etməli: Konstitusiyanı bərpa etməli” yazısında bəyan edib.

Berezovski bildirib ki, vətəndaşlar Putini andiçmə mərasiminə buraxmamalıdırlar və buna tam hüquqları var. Milyonçu Putini “cinayətkar” adlandırıb. Berezovski Rysiya baş prokuroru Çaykaya müraciət edərək Putinin “həbsi üçün order verməyə” çağırıb.

Qeyd edək ki, may ayının 7-də Putinin ikinci dəfə prezident olaraq andiçmə mərasimi olacaq.   

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir