Modern.az

TQDK Naxçıvanda zona müşavirəsi keçirib

TQDK Naxçıvanda zona müşavirəsi keçirib

Təhsil

7 Yanvar 2010, 17:53

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 7-də Naxçıvan şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə TQDK sədri Məleykə Abbaszadə  2009/2010-cu tədris ili üçün  keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı  məruzə  ilə çıxış edib.
Zona müşavirəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəyli,  TQDK-nın Naxçıvan regional bölməsinin müdiri Etibar Musayev, Komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Naxзçvan, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək, Şərur rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır