Modern.az

Aktyor tamaşa zamanı səhnədə intihar edib

Aktyor tamaşa zamanı səhnədə intihar edib

24 Aprel 2012, 10:26

Braziliyada ağləgəlməz hadisə baş verib. Teatr səhnəsində tamaşa zamanı aktyor həqiqətən özünü asıb. Modern.az BBC-yə istinadən bildirir ki, hadisə İtarare şahərində baş verib. İsa peyğəmbər barədə tamaşada İuda rolunu oynayan aktyor Tyaqo Klimekin yaradıcılıq eşqi onun faciəsinə çevrilib. İsa peyğəmbəri satdığna görə, əzab çəkərək özünü asan İudanı canlandıran aktyor səhnədə olan ilgəyi boynuna keçirib və.. boğulub. 2 dəqidəqən sonra aktyorlar başa düşüblər ki, məsələ ciddidir. İlgəyi artistin boğzından çıxarsalar da artıq gec olub. Məlum olub ki, təhlükəsizliyi təmin etməli olan kəmər nədənsə iişləməyib. Hazırda istintaq gedir.  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi